İƏT nümayəndə heyəti Milli Məclisdə olub

İƏT nümayəndə heyəti Milli Məclisdə olub İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti və Ombudsman aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ilə görüşüblər.
Daxili siyasət
23 Sentyabr , 2021 15:57
İƏT nümayəndə heyəti Milli Məclisdə olub

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti və Ombudsman aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ilə görüşüblər.

"Report" xəbər verir ki, görüşdə nümayəndə heyətinin işğaldan azad edilən, həmçinin Vətən müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və obyektləri hədəfə alan raket hücumları nəticəsində dağıdılmış ərazilərdə birgə faktaraşdırıcı missiya, habelə tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin ölkəmizdə faktaraşdırıcı missiyası çərçivəsində rəsmi görüşləri davam edir.

Son xəbərlər

Orphus sistemi