İdman mərc oyunlarının təşkili və keçirilməsi xərcləri artırılıb

İdman mərc oyunlarının təşkili və keçirilməsi xərcləri artırılıb Operatorlar Maliyyə Bazarlarına Nəzarət Palatasına da haqq ödəyəcəklər
Daxili siyasət
5 İyun , 2016 01:58
İdman mərc oyunlarının təşkili və keçirilməsi xərcləri artırılıb

Bakı. 5 iyun. REPORT.AZ/ İdman mərc oyunlarının təşkili və keçirilməsi xərcləri artırılıb.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qəbul etdiyi qərarda öz əksini tapıb.

Dəyişikliklərə görə, operatorlar idman mərc oyunlarının təşkili və keçirilməsinə görə buna nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqq ödəyəcəklər.

Bunadək idman mərc oyunlarından əldə olunan dövriyyə aşağıdakı məcburi ödənişlər tutulduqdan sonra operatorun sərəncamına verilirdi:

a) dövlət büdcəsinə ödənən vergilər;
b) idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi;
c) mərc oyunları iştirakçılarının uduşları.

İndi bu xərclər sırasına "idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada ödənilən haqlar” bəndi də əlavə olunub.

Son xəbərlər

Orphus sistemi