İtaliya və Macarıstan prezidentləri İlham Əliyevi təbrik edib

İtaliya və Macarıstan prezidentləri İlham Əliyevi təbrik edib Bakı. 18 aprel. REPORT.AZ/ İtaliya Respublikasının Prezidenti Sergio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
18 Aprel , 2018 18:28
İtaliya və Macarıstan prezidentləri İlham Əliyevi təbrik edib

Bakı. 18 aprel. REPORT.AZ/ İtaliya Respublikasının Prezidenti Sergio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm.

Əminəm ki, beynəlxalq səviyyədə güclü tərəfdaşlıqda, eləcə də cəmiyyətlərimizin səmərəli əməkdaşlığında təzahür edən, İtaliya ilə Azərbaycan arasında gözəl münasibətlər qarşıdakı illər ərzində də siyasi, iqtisadi və mədəni sahələrdə birmənalı şəkildə inkişaf edəcək və möhkəmlənəcək.

Konstruktiv dialoqu ümumi öhdəliyimiz kimi vurğulayaraq və sülh şəraitində birgə yaşamanın qaynaqlandığı dəyərlərə riayət edərək ümumi təhlükəsizliyə olan çoxsaylı çağırışların həlli yollarını müəyyən etmək üçün birgə çalışmalıyıq.

Bu əhval-ruhiyyə ilə yaxın zamanlarda Bakıda Sizinlə görüşməyə ümid edir, Sizə cansağlığı və dost Azərbaycan xalqına rifah diləyir, bir daha ən səmimi arzularımı çatdırıram".

Bundan başqa, Macarıstan Respublikasının Prezidenti Yanoş Ader də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və and içməyiniz münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırım.

İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə daim inkişaf etməsi mənə böyük məmnunluq hissi verir. Ümid edirəm ki, əlaqələrimiz daha da dərinləşəcək, ölkələrimizin ümumi maraqlarına və xalqlarımızın rifahına yaxşı xidmət göstərəcəkdir.

Sizə ali dövləti vəzifənizdə möhkəm cansağlığı və uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi