Yuxarı
    Bağlamaq

    İsraildə 28 May - Respublika Günü qeyd olunub

    Tədbirdə Azərbaycandan köçmüş yəhudi musiqiçilər, rəqqaslar və digərləri çıxış ediblər

    Bakı. 27 may. REPORT.AZ/ İsraildəki Azərbaycan icması 28 May - Respublika Günü və İsrailin Müstəqillik Günü ilə əlaqədar bir neçə bayram tədbiri təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən xəbərə görə, əvvəlcə Tel-Əvivdə həyatı, yaradıcılığı bilavasitə Azərbaycanla bağlı olan 40 nəfərədək yəhudi rəssam və heykəltəraşın sərgisinin açılışı olub.

    Bundan sonra Neşer şəhərinin Mədəniyyət Sarayında böyük qala-konsert təşkil edilib.

    Bayram tədbirləri hər iki ölkənin əlamətdar gününün ruhunu özündə əks etdirib. Konsert proqramına hər iki xalqın musiqi və rəqsləri daxil edilib.

    Tədbirin fəxri qonaqları – Knessetin deputatı Robert İlatov, Neşer meri Avi Binamo, şəhərin absorbsiya şöbəsini müdiri Emin Çaykovski, Azİz-in baş direktoru Lev Spivak qonaqların bayramını təbrik edərək xalqların dostluğundan, sülhün və qarşılıqlı anlaşmanın təmin edilməsinin vacibliyindən danışıblar. 

    Onlar həm İsrail, həm də Azərbaycan üçün xalqların dostluğu, tolerantlıq, sülh və əmin-amanlığın əsas prinsiplər olduğunu bildiriblər. 

    Natiqlər vurğulayıblar ki, qonşuların apardığı siyasətdən asılı olmayaraq, biz demokratik, tolerant cəmiyyətdə yaşamaq istəyirik və biz bu mühiti bütün imkanlardan istifadə edərək qoruyub saxlayacağıq.

    Rəsmi hissədən sonra bədii hissə başlayıb. Səhnədə ivrit, ingilis, rus, Azərbaycan, fransız, türk dillərində musiqilər səslənib. Tədbirdə Azərbaycandan köçmüş yəhudi musiqiçilər, rəqqaslar və digərləri çıxış ediblər.

    Bayram tədbiri Heydər Əliyev Fondu və Beynəlxalq Dağ Yəhudiləri Xeyriyyə Fondunun dəstəyi ilə Neşer şəhər bələdiyyəsi, Absorbsiya Nazirliyinin yerli şöbəsi və Azİz tərəfindən təşkil olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi