İşçi qrupun üzvü Rusiyada ticarət mərkəzində zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması xəbərlərinə münasibət bildirib

İşçi qrupun üzvü Rusiyada ticarət mərkəzində zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması xəbərlərinə münasibət bildirib Bakı. 23 yanvar. REPORT.AZ/ “Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması barədə xəbər araşdırılmalıdır. Düşünürəm ki, əgər həqiqətən belə bir problem varsa, Rusiya bunu qısa zamanda həll edəcək”.
Daxili siyasət
23 Yanvar , 2018 11:51
İşçi qrupun üzvü Rusiyada ticarət mərkəzində zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması xəbərlərinə münasibət bildirib
Aydın Mirzəzadə / Report

Bakı. 23 yanvar. REPORT.AZ/ “Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması barədə xəbər araşdırılmalıdır. Düşünürəm ki, əgər həqiqətən belə bir problem varsa, Rusiya bunu qısa zamanda həll edəcək”.

Bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O, Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərindən birindəki zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması barədə xəbərlərə münasibət bildirərkən qeyd edib ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olmalıdır.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri foto paylaşaraq iddia edib ki, Moskvada məşhur “Mega” Ticarət Mərkəzində yerləşdirilmiş zibil qutularının üstü Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb. Zibil qutusunun üstündə isə “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı var.

Son xəbərlər

Orphus sistemi