Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.
"Report" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn olunacaq şəhidlərdən biri hərbçi Alıyev Vaqif Sərdar oğlu, digəri isə mülki şəxs Quliyev Mirzəli Müslət oğludur.
Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər Xiyabanında dəfn olunacaqlar.
Qeyd edək ki, 1966-cı ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olan Vaqif Alıyevin meyit qalıqları 1993-cü ildə itkin düşdüyü Ağdərə rayonunun Sırxavənd rayonunda, 1952-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olan Mirzəli Quliyevin meyit qalıqları isə Xocavənd-Ağdam sərhədində tapılıb.