Yuxarı
    Bağlamaq

    İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması proqramına dəyişiklik edilib

    Nazirlər Kabineti bu barədə qərar qəbul edib

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”da dəyişiklik edilib.

    "Report" xəbər verir ki, qərara görə, proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində əmək miqrasiyası sahəsində Azərbaycan Respublikası vətəndaşlarını işə düzəltmək üçün lisenziyası (xüsusi icazəsi) olan təsərrüfat subyektlərinin siyahısının mütəmadi olaraq dərc edilməsi prosesinə xitam verilib.

    Proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi