İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb

İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
1038
14 İyul , 2017 18:23
İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, qırx min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi