İlham Əliyev Yaponiya baş nazirinin müavinini qəbul edib

İlham Əliyev Yaponiya baş nazirinin müavinini qəbul edib Söhbət zamanı Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub
Daxili siyasət
4 May , 2015 18:53
İlham Əliyev Yaponiya baş nazirinin müavinini qəbul edib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Yaponiya baş nazirinin müavini, maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

"Report" xəbər verir ki, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışılıb, Azərbaycanda aparılan uğurlu siyasət nəticəsində böyük iqtisadi inkişafa nail olunduğu vurğulanıb, birinci Avropa Oyunlarının ilk dəfə Azərbaycanda təşkil olunmasının önəmi qeyd edilib, respublikada mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün yaradılan müasir şərait yüksək dəyərləndirilib.

Söhbət zamanı Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, informasiya- kommunikasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi