​İlham Əliyev "Tikinti işlərinin dayandırılması Qaydası”nı təsdiq edib

​İlham Əliyev "Tikinti işlərinin dayandırılması Qaydası”nı təsdiq edib Nazirlər Kabineti üç ay müddətində prezident aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlamalıdır
Daxili siyasət
23 May , 2015 06:21
​İlham Əliyev Tikinti işlərinin dayandırılması Qaydası”nı təsdiq edib

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısı Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qəbul etdiyi bu qərarla “Tikinti işlərinin dayandırılması Qaydası” təsdiq edilib.

Qərara əsasən, Nazirlər Kabineti (NK) prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməli, NK-nın normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib dövlət başçısına məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməli, tikinti işlərinin aparılması zamanı tarix və mədəniyyət abidələri aşkar olunduğu hallarda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş müvafiq tədqiqatlar aparılması və digər tədbirlər görülməsi müddətləri ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi