“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB - FOTO

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB - FOTO "Bu kitab Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında mühüm rol oynayacaq"
Daxili siyasət
30 Noyabr , 2016 15:08
“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB - FOTO

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı, yazıçı, əməkdar jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə dövlət rəsmiləri, nazirlər, deputatlar, universitet rektorları, baş redaktorlar, iştirak edirlər.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir.

Qeyd olunub ki, açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir. Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.

"Müstəqil Azərbaycan müxtəlif xarakterli risklərdən uğurla yayına bilir. Hazırda ölkədə bütün dünyanın qibtə etdiyi multikultural mühit yaranıb ki, bunun da əsasında Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət dayanır. Bu kitab Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında mühüm rol oynayacaq" - A.Əlizadə vurğulayıb.

Azərbaycan Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov deyib ki, kitab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti və Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri dolğun şəkildə əks etdirir: "Nəşr gələcək araşdırmalar üçün çox etibarlı mənbə hesab edilə bilər. Azərbaycanın əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin strateji qələbəsi kimi qeyd edilə bilər. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və Azərbaycanın davamlı və hərtərəfli inkişafını sürətləndirən layihələr həm milli maraqlara xidmət edir, həm də regional, qlobal inkişafa yönəlir".

Kitabın müəllifi, deputat Elmira Axundova qeyd edib ki, çoxillik müşahidələrinin məntiqi sonluğu kimi bu kitabı yazmağa qərar verib: “Əsas məqsəd Azərbaycan və onun rəhbəri haqqında daha geniş auditoriyaya, xüsusən də xarici oxuculara məlumat verməkdir. Rusiyanın ən böyük nəşriyyatlarından biri bu kitabın çapına razılıq verdi və bu kitabı böyük tirajla çap edərək Rusiya şəhərlərində yayırlar. Moskvada beynəlxalq intellektual ədəbiyyat sərgisi keçirilib və bu kitab nəşriyyatın ən yaxşı kitabı kimi dəyərləndirilib. Bir neçə xarici nəşriyyat artıq bu kitabla maraqlanır”.

Tədbirdə digər çıxış edən deputatlar Musa Qasımlı, Mixail Zabelin, Rasim Musabəyov kitab haqqında fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi