Yuxarı

​İlham Əliyev Pakistan prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident Pakistan xalqına əmin-amanlıq və rifah arzulayıb

Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Pakistan günü milli bayramı münasibəti ilə həmkarı Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, dövlət başçısının məktubunda bildirilir:

"Milli bayramınız – Pakistan günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Pakistan münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır. İnanıram ki, zamanın sınaqlarından çıxmış, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin daim qorunub saxlanması, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizin Azərbaycana səfərinizi, keçirdiyimiz görüşləri, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Əminəm ki, səfəriniz münasibətlərimizin yeni mərhələyə yüksəlməsinə güclü təkan verəcək.

Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və rifah arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi