İlham Əliyev: "Azərbaycanın bugünkü uğurlarının əsasında xalq-iqtidar həmrəyliyi dayanır"

İlham Əliyev: "Azərbaycanın bugünkü uğurlarının əsasında xalq-iqtidar həmrəyliyi dayanır" Bakı. 28 may. REPORT.AZ/ Bizim siyasətimiz milli maraqlar üzərində qurulub.
Daxili siyasət
28 May , 2018 14:26
İlham Əliyev: Azərbaycanın bugünkü uğurlarının əsasında xalq-iqtidar həmrəyliyi dayanır

Bakı. 28 may. REPORT.AZ/ "Bizim siyasətimiz milli maraqlar üzərində qurulub". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Dövlət başçısı vurğulayıb ki, xalqın maraqları bizim siyasətimizin mənbəyidir. Prezident İlham Əliyev bugünkü uğurların əsasında xalq-iqtidar həmrəyliyinin dayandığını, ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin daha da möhkəmləndiyini bildirib.

Dövlət başçısı 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşan Azərbaycanın çətin sınaqlardan keçdiyini, o vaxtkı hakimiyyətin ölkəni idarəolunmaz vəziyyətə saldığını, torpaqlarımızın işğal olunduğunu bildirib.  O, qeyd edib ki, xalqımız nicat yolunu, çıxış yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü: "Çünki Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə respublika və xalq üçün böyük işlər görmüşdü. 1990-cı ildə qanlı 20 Yanvar faciəsinə Moskvada öz etiraz səsini ucaltmışdı".

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəlməsindən sonra müstəqillik dayaqlarının möhkəmləndiyini, ölkəmizin inkişaf yoluna qədəm qoyduğunu deyən dövlət başçısı 2003-cü ildən sonra da Azərbaycanın dinamik inkişafının təmin edildiyini, bu gün sözün əsl mənasında müstəqil siyasət yürüdən ölkəyə çevrildiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi