İlham Əliyev Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbərini qəbul edib

İlham Əliyev Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbərini qəbul edib Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini qəbul edib.
Daxili siyasət
12 Aprel , 2018 16:35
İlham Əliyev Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbərini qəbul edib

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Seçkilərdə qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovski müxtəlif seçki məntəqələrində olduqlarını və seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Dövlətimizin başçısı seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi və müşahidəçilərin azad surətdə müşahidə aparmaları üçün bütün şəraitin yaradıldığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi