Yuxarı

İki rayonun yol polisinin rəisi dəyişdirilib

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin rayon şöbələrinə təyinatlar olub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BŞBDYPİ) Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi polis polkovniki Vüqar Hüseynov vəzifəsindən azad edilərək Binəqədi DYPŞ-nin rəisi təyin edilib.

Binəqədi DYPŞ-nin rəisi polis polkovnik-leytenantı Cavanşir Ələkbərov isə vəzifəsindən azad edilərək Xəta DYPŞ-nin rəisi təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi