Yuxarı

​Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Mitinqin mayın 17-də, saat 15:00-da keçmiş Məhsul stadionunda keçirilməsi nəzərdə tutulur

Bakı. 7 may. REPORT.AZ/ Milli Şura mitinqin keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, növbəti mitinqin mayın 17-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bundan əvvəl Milli Şura mayın 3-də mitinq keçirilməsinə razılıq verilməsi üçün BŞİH-ə müraciət etmişdi. İcra Hakimiyyəti mitinqin mayın 3-də keçirilməsini məqsədəuyğun hesab etməyib, aksiyanın mayın 2-də keçirilməsini təklif edib. Milli Şura rəhbərliyi isə bu təkliflə razılaşmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi