Yuxarı

​Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətindən etdiyi şikayətə baxılacaq

Şikayət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə araşdırılır

Bakı. 2 iyun. REPORT.AZ/ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı etdiyi şikayətə baxılacaq.

Vəkil Nemət Kərimlinin "Report"a verdiyi məlumata görə, şikayətlə əlaqdar iyunun 18-də məhkəmənin hazırlıq iclası keçiriləcək.

Xatırladaq ki, BŞİH Müsavat Partiyasının aprelin 19-na planlaşdırdığı yürüşün keçirilməsinə razılıq verməyib. İcra hakimiyyəti partiyaya aprelin 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməyi təklif edib. Müsavat rəhbərliyi isə bununla razılaşmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi