“İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsi tender elan edib

“İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsi tender elan edib Tenderə yaşıllaşdırma işlərinin satın alınması çıxarılıb
Daxili siyasət
20 Yanvar , 2016 02:16
“İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsi tender elan edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti 2016-cı ildə İçərişəhər ərazisində yaşıllaşdırma işlərinin satın alınması üçün tender elan edib.

“Report”un xəbərinə görə, iştirakçılar tender təkliflərini qanunvericiliyə uyğun olaraq yazılı surətdə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderlə bağlı iddiaçıların təklifləri martın 7-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi