Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu yenidən ABŞ-a gedib.
"Report"un xəbərinə görə, Q.İbadoğlu ölkəni ABŞ-ın Dyuk Universitetindəki proqramı davam etdirmək məqsədilə tərk edib. O, Duke Universitetinin İqtisadiyyat Departamentində çalışır. Q.İbadoğlunun cəlb edildiyi layihə martda bitəcək.
Qeyd edək ki, Q.İbadoğlu 2015-ci ilin fevralından fəaliyyətini ABŞ-da davam etdirir.