Hökumət bu həftə əməkhaqları və pensiyaların artırılması ilə bağlı təkliflərini təqdim edəcək

Hökumət bu həftə əməkhaqları və pensiyaların artırılması ilə bağlı təkliflərini təqdim edəcək Nazirlər Kabineti Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər so
Daxili siyasət
18 Oktyabr , 2021 10:52
Hökumət bu həftə əməkhaqları və pensiyaların artırılması ilə bağlı təkliflərini təqdim edəcək

Nazirlər Kabineti Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini bu həftə ərzində hazırlayacaq.

Bunu "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildiriib ki, hökumət Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gələn təklifləri oktyabrın 20-21-dək hazırlayıb Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi