Hikmət Hacıyev Dağlıq Qarabağdakı yoluxma halları barədə açıqlama verdi

Hikmət Hacıyev Dağlıq Qarabağdakı yoluxma halları barədə açıqlama verdi “Azərbaycanın işğal olunmuş ərazilərində virusun kütləvi yayılma tendensiyası var”.
Daxili siyasət
29 Avqust , 2020 11:49
Hikmət Hacıyev Dağlıq Qarabağdakı yoluxma halları barədə açıqlama verdi

“Azərbaycanın işğal olunmuş ərazilərində virusun kütləvi yayılma tendensiyası var”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərindəki məlumatlar işğalçı rejim və ona nəzarəti bilavasitə həyata keçirən Ermənistan tərəfindən tam şəkildə gizlədilir: "İşğal olunmuş ərazilər Azərbaycanın suveren əraziləridir. Orada yaşayan insanlar arasında yayılma halları da Azərbaycanın statistikasında əksini tapmalıdır. Amma təəssüflər olsun ki, işğal faktına görə Azərbaycan oradakı yoluxma halları ilə bağlı dolğun məlumatları əldə edə bilmir”.

Son xəbərlər

Orphus sistemi