Hicran Hüseynova: "Azərbaycanda gender bərabərliyi ilə bağlı qanunlarda boşluqlar var"

Daxili siyasət
  • 20 oktyabr, 2021
  • 07:27
Hicran Hüseynova: Azərbaycanda gender bərabərliyi ilə bağlı qanunlarda boşluqlar var
Hicran Hüseynova

“Azərbaycan dövlətinin gender bərabərliyi sahəsindəki apardığı işlər bir çox dövlətləri qabaqlayır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bərabərlik hüququnun pozulması Cinayət Məcəlləsində əksini tapıb: “Gender bərabərliyi siyasətini özündə ehtiva edən qanunlar, dövlət proqramları qəbul edilib. Bundan əlavə, Azərbaycan beynəlxalq konvensiyalara da qoşulub”.

Komitə sədri bildirib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı qanunlarda boşluqlar müşahidə edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti