Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və
BŞİH-dən “Report”a verilən məlumata görə, şagirdlərin özlərinin təşkil və idarə etdiyi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə təhsil idarəsinin məsul nümayəndələri, paytaxtın bütün rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyevin əyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Əsas məqsədi orta məktəb şagirdləri arasında tarixə, mədəniyyətimizə, keçmişə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq olan bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyev və Prezident
Paytaxt rayonları üzrə qalib olan şagirdlərdən - Pirallahı rayonundan Qorxmaz Məmmədzadə, Qaradağ rayonundan Şəbnəm Feyzili, Suraxanı rayonundan Vəsilə Mahmudova, Səbail rayonundan Zəhraxanım Məmmədova, Nizami rayonundan Ayla Atakişiyeva, Nəsimi rayonundan Səba Ağayeva, Xətai rayonundan Aygün Hüseynova, Binəqədi rayonundan Hasil Qubatov, Sabunçu rayonundan Səma Əliyeva, Xəzər rayonundan Gülşən Yusibzadə, Nərimanov rayonundan Abdulsübhan Nəcəfli, Yasamal rayonundan Yunis Quliyev və başqaları hazırladıqları referatları təqdim etdilər.
Konfrans çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şəbə müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındakı rolu əvəzolunmazdır.