Səfir: “Heydər Əliyevin sayəsində Cənubi Qafqaz mühüm geoiqtisadi regiona çevrilib”

Səfir: “Heydər Əliyevin sayəsində Cənubi Qafqaz mühüm geoiqtisadi regiona çevrilib” “Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən gürcü və Azərbaycan xalqlarının tarixi dostluğunu daha da inkişaf etdirməyə çalışıb”.
Daxili siyasət
12 Dekabr , 2020 16:20
Səfir: “Heydər Əliyevin sayəsində Cənubi Qafqaz mühüm geoiqtisadi regiona çevrilib”
Faiq Quliyev

“Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən gürcü və Azərbaycan xalqlarının tarixi dostluğunu daha da inkişaf etdirməyə çalışıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan videokonfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının ümummilli lideri özünün gürcüstanlı tərəf müqabili Eduard Şverdnadze ilə bir yerdə uzun illəri öncədən görərək, hər iki dövlət üçün milli iflasa gətirib çıxara biləcək böhranlı vəziyyətdən birgə çıxış üçün addımlar atmağa başladılar: “Onlar Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik şəraitində inkişafının əsasını qoydular. 1994-cü ildə Azərbaycanın yeni neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi” imzalandıqdan sonra məhz Heydər Əliyevin uzaqgörənliyi və təkidli tələbi sayəsində Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün əsas marşrut qismində yüz minlərlə soydaşımızın yaşadığı Gürcüstan seçildi. Bununla da Cənubi Qafqaz hazırda mühüm beynəlxalq enerji və nəqliyyat magistrallarının keçdiyi geoiqtisadi regiona çevrilib”.

Səfir deyib ki, Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 1992-ci ildə yaradılmasına baxmayaraq, Tbilisidə Azərbaycan səfirliyi Heydər Əliyevin Gürcüstana 1996-cı ilin mart ayındakı səfərindən sonra fəaliyyət göstərməyə başlayıb. Diplomat 2021-ci ildə Azərbaycanın Gürcüstandakı səfirliyinin 25 illiyinin qeyd olunacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi