Azərbaycan xalqının ümummilli lideri
“Report” xəbər verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib.
Ulu öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolu vurğulanıb. Ombudsman Səbinə Əliyeva bildirib ki, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
“Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi, insan hüquqlarının müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planının qəbul olunması və bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsini təmin etmişdir”, - S.Əliyeva vurğulayıb.
O bildirib ki, ümummilli liderin əsasını qoyduğu siyasət bu gün ölkə başçısı
Müvəkkilin Gəncə, Şəki, Cəlilabad və Quba Regional Mərkəzləri tərəfindən də tədbirlər təşkil olunub.