“Heydər Əliyev-100 Azərbaycanda qadın hərəkatının inkişafı” kitabının təqdimat mərasimi keçirilib
- 20 aprel, 2023
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
“Heydər Əliyev-100 Azərbaycanda qadın hərəkatının inkişafı” kitabının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş kitab dahi şəxsiyyətin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanda qadın hərəkatının inkişafındakı əvəzedilməz rolundan bəhs edir.
Kitabı hazırlayan Milli Məclisin deputatı, tarix elmləri üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızı, rəyçi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elmi redaktoru isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili professor Elmira Süleymanovadır.
Kitabda elm, təhsil, mədəniyyət və incəsənət sahəsində, eləcə də ictimai-siyasi həyatda və dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışan nüfuzlu Azərbaycan qadınlarının Ümummilli Liderin Vətənimiz qarşısında misilsiz xidmətlərinə həsr etdikləri elmi, publisistik məqalələri və xatirələri toplanıb.