Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib - YENİLƏNİB

Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib - YENİLƏNİB Cinayət əlamətləri ehtimal olunan 4 tədbirin nəticələri üzrə müvafiq materiallar Respublika Baş Prokurorluğuna göndərilib
Daxili siyasət
14 Aprel , 2015 14:08
Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib - YENİLƏNİB

İlk xəbər saat 13:43-də yayımlanıb

Bakı. 14 aprel. REPORT.AZ/ Milli Məclisdə Hesablama Palatasının 2014-cü il üzrə illik hesabatının dinlənilib. "Report" xəbər verir ki, Palatanın sədri Vüqar Gülməmmədov deputatlar qarşısında hesabatla bağlı çıxış edib.

O bildirib ki, hesabat ilində dövlət büdcəsi və büdcədənkənar həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirmək, həmçinin dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunan dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilən kənarlaşmaların aradan qaldırılması, eləcə də büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlamaq məqsədilə 2-si analitik təhlil olmaqla 82 nəzarət tədbiri həyata keçirilib.

V.Gülməmmədov deyib ki, hesabat ilində aparılan nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə təqdim olunub, cinayət əlamətləri ehtimal olunan 4 tədbirin nəticələri üzrə müvafiq materiallar Respublika Baş Prokurorluğuna göndərilib. Hesabat ilində 5 təşkilatda palata tərəfindən ilk dəfə olaraq nəzarət tədbiri həyata keçirilib. Nəticələri haqda kollegiya qərarı qəbul olunan 80 nəzarət tədbiri 126 qurumun (dövlət əsaslı vəsait qoyuluşları üzrə ayrı-ayrı layihələr nəzərə alındıqda 188) fəaliyyətini əhatə edib.

Hesablama Palatasının sədri qeyd edib ki, 2014-cü ildə aparılan audit tədbirləri zamanı qanunun tələbləri gözlənilmədən 294 mln. manat vəsaitin satınalma proseduru keçirilmədən xərc olunduğu müəyyən edilib: "Hər bir nəzarət obyektində rast gəlinən ikinci nöqsan vəsaitlərin təyinatı üzrə istifadə olunmamasıdır. Bu kimi tədbirlərlə yanaşı, 323,5 ştat vahidinin və 11 qrupun ləğvi təmin olunub. Ümumilikdə, bu ştat vahidləri və qrupların ləğv edilməsi ilə orta hesabla il ərzində 1,9 mln. manat əlavə vəsaitin istifadəsinin qarşısı alınıb".

Sonda Hesablama Palatasının illik hesabatı səsverməyə qəbul olunaraq qəbil edilib.

Son xəbərlər

Orphus sistemi