Bu gün Türkiyədə dünyasını dəyişən Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva barədə ölkə ictimaiyyətində az məlumat var.
“Report” bunu nəzərə alaraq Həlimə xanım barədə bəzi məlumatları təqdim edir.
Həlimə Əliyeva 1952-ci ildə Naxçıvanda dünyaya gəlib.
Orta təhsilli Həlimə Əliyeva evdar qadın olub.
1979-cu ildə Əbülfəz Elçibəylə ailə həyatı qurub. Onların bu nikahdan bir qızı və bir oğlu olub: Çilənay və Ərturqut.
Çilənay xanım Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli ilə ailə qurub. Onlar 2012-ci ildən Türkiyədə yaşayır.
Ərturqut Əliyev hazırda Azərbaycanın
Doğmaları deyir ki, Həlimə Əliyeva son vaxtlarda ilin böyük hissəsini doğma Kələkidə (Naxçıvan) keçirərmiş. Elə Kələkidə də dəfn olunacaq.
Allah rəhmət eləsin!


