Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq

Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq Azərbaycanda cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunması gözlənilir. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə, tam qapalı rejim yaradılacaq.
Daxili siyasət
3 İyun , 2020 19:41
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq

Azərbaycanda cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunması gözlənilir. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə, tam qapalı rejim yaradılacaq.

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, sabah bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq. Bu məsələlər detallı şəkildə elan ediləcək.

Son xəbərlər

Orphus sistemi