Bakı. 4 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” 2014-cü il 26 fevral tarixli qərarda dəyişikliklər edilib.
"Report"un məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən qərara yeni 2-1-ci hissə - "bu qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər" - əlavə olunub.
Həmin qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 1.7-ci bəndinə “