Vəkillər Kollegiyasının bir neçə üzvü müxtəlif məhkəmələrə hakim təyin edilib.
“Report” xəbər verir ki, Prezident İlham Əliyevin birinci instansiya məhkəmələrinə hakimlər təyin edilməsi barədə sərəncamına əsasən təyin olunan şəxslər sırasında 9 vəkil də var.
Sultanov Cavid Rizvan oğlu
Ağdaş Rayon Məhkəməsi
Yusifova Ülkər Bayram qızı
Bakı şəhəri Nizami Rayon Məhkəməsi
Əliyev Əli Abdulla oğlu
Lənkəran Ağır Cinayətlərin Məhkəməsi
Cəfərli Nilufər Arif qızı
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Sevdimalıyeva Günel Arif qızı
Bakı İnzibati Məhkəməsi
Hüseynov Elmir Xoşbəxt oğlu
Sumqayıt Şəhər Məhkəməsi
Mahmudova Həqiqət Sahib qızı
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Səmədzadə Sərxan Akif oğlu
Xaçmaz Rayon Məhkəməsi
Qurbanova Aygün Arzu qızı
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
Qeyd edək ki, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, hakimlərin iş yükünün azaldılaraq işlərə daha keyfiyyətli və vaxtında baxılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə 44 nəfər hakimliyə namizəd hakim kimi təyin olunub.