“Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirilib

“Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirilib Mükafat iki nəfərə təqdim edilib
Daxili siyasət
21 Dekabr , 2018 16:10
“Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirilib
Report

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirilib.

“Report”un xəbərinə görə, mərasimdə İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva ermənilərin zaman-zaman törətdikləri cinayətlərdən danışıb.

O bildirib ki, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılması vacibdir.

Çıxış edən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov komissiya prezidenti seçilməsindən danışıb: “Bu, Azərbaycanın uğurudur. Hər bir şəxs ölkənin təmsilçiliyində fəal iştirak etməlidir. Mən bundan sonra da ölkəmizi dünyada layiqincə təmsil etməyə çalışacağam”.

Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova çıxışı zamanı 10 filmin müəllifi olduğunu bildirib. Onun sözlərinə görə, bu filmlərin bəziləri dünyanın bir sıra ölkələrində nümayiş olunub. Ş.Həsənova qeyd edib ki, hər bir azərbaycanlı ermənilərin cinayətləri ilə bağlı məlumatların çatdırılmasında səy göstərməlidir.

Sonra R.Qurbanova və Ş.Həsənovaya “Professor Rövşən Mustafayev” adına medal və sertifikat təqdim edilib. İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva hər iki şəxsin Azərbaycanla bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Xatırladaq ki, bu mükafat İnsan Hüquqları İnstitutu və professor R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilib. Mükafat hər il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar aparan və münaqişə barədə həqiqətləri dünya birliyinə düzgün, təkzibolunmaz faktlarla çatdıran alimlərə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi