Hacıqabul rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub.
“Report”un Aran bürosunun məlumatına görə, əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Eyni zamanda, Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Daha sonra H.Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans başlayıb. İcra başçısı R.Xəlilov Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı geniş məruzə söyləyib.
Tədbirin sonunda H.Əliyevlə bağlı film nümayiş etdirilib.