Gürcüstanın baş naziri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib

Gürcüstanın baş naziri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib Girogi Kvirikaşvili: "Ölkələrimizin dinamik, qarşılıqlı faydalı əlaqələri inkişaf etdirəcəyinə tam əminəm"
Daxili siyasət
12 Aprel , 2018 15:37
Gürcüstanın baş naziri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib

Bakı. 12 aprel. REPORT.AZ/ Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

"Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm! Ölkələrimiz arasında dinamik, qarşılıqlı faydalı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə, bir çox sahələrdəki birgə təşəbbüslərimiz xalqlarımızı və strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyinə tam əminəm", - G.Kvirikaşvili "Twitter"də yazıb.

Qeyd edək ki, daha əvvəl Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Son xəbərlər

Orphus sistemi