Müşahidə apardığımız 8 seçki məntəqəsində səsvermə prosesi zamanı heç bir pozuntu halı ilə rastlaşmadıq.
"Report" xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin komitə sədri İrakli Kadagişvili sentyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, səsvermə prosesi qanunauyğun təşkil edilmişdi və hər şey sakit mühitdə keçirildi: "Seçicilər öz iradələrini azad şəkildə ifadə edirdi. Eyni zamanda müşahidələrimizə əsasən səsvermə zamanda hər hansı məntəqədə təzyiq və ya kənardan müdaxilə faktı tərəfimizdən aşkar olunmadı".
Komitə sədri bildirib ki, nümayəndə heyəti olaraq Azərbaycanda parlament seçkilərini çox yüksək qiymətləndirirlər: "Çünki seçki azad və ədalətli şəraitdə baş tutdu".