Göygöldə şəhidlərin adını əbədiləşdirən xatirə kompleksinin açılışı olub

Göygöldə şəhidlərin adını əbədiləşdirən xatirə kompleksinin açılışı olub Vətən Müharibəsinin ikinci il dönümündə Göygöl rayonunun Hacıməlik qəsəbəsində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan abidə kompleksinin açılış mərasimi keçirilib.
Daxili siyasət
28 Sentyabr , 2022 22:35
Göygöldə şəhidlərin adını əbədiləşdirən xatirə kompleksinin açılışı olub

Vətən Müharibəsinin ikinci il dönümündə Göygöl rayonunun Hacıməlik qəsəbəsində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan abidə kompleksinin açılış mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə şəhid ailələri, qazilər, ziyalılar və qəsəbə sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər I və II Qarabağ Müharibəsində Vətənimizin azadlığı uğrunda canlarından keçənlərin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, onların adlarının əbədiləşdirilərək ehtiramla anıldığını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi