Göyçayda yaşı 100-dən çox olan üç seçici səs verəcək - FOTO

Göyçayda yaşı 100-dən çox olan üç seçici səs verəcək - FOTO Səsverməni yerli müşahidəçilər və müxalifət partiyalarının nümayəndələri izləyir
Daxili siyasət
26 Sentyabr , 2016 12:48
Göyçayda yaşı 100-dən çox olan üç seçici səs verəcək - FOTO

Göyçay. 26 sentyabr. REPORT.AZ/ Göyçay sakinləri referendum üzrə səsvermədə fəallıq nümayiş etdirir.
"Report"un Şirvan bürosunun məlumatına görə, 88 saylı Göyçay Dairə Seçki Komissiyasının (DSK) 43 məntəqəsində səsvermə təşkil olunub. Sesvermə prosesini canlı izləmək üçün 5 məntəqədə veb-kameralar quraşdırılıb. Dairə üzrə qeydiyyatda olan 40 900 seçicidən saat 10:00-a olan məlumata görə, 5 342 nəfər səsvermədə iştirak edib ki, bu da seçicilərin 13.6 faizini təşkil edir.
Səsverməni 435 nəfər yerli müşhidəçr və müxalifət partiyalarının nümayəndələri izlləyir. Səsvermə zamanı heç bir qanun pozuntusu və ya hər hansı bir şikayət daxil olmayıb.
Dairə üzrə 3 nəfər yaşı 100-dən yuxarı olan seçici var. Həmin şəxslər üçün günün ikinci yarısında daşınan qutu göndəriləcək.

Son xəbərlər

Orphus sistemi