Göyçayda şəhidlərin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub
Daxili siyasət
- 17 dekabr, 2022
- 14:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göyçayda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə rayonda bulaq kompleksinin açılışı olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, açılış mərasimində şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və Göyçay Rayon İcra hakimiyyəti rəsmiləri iştirak ediblər.
Rayon məscidinin həyətində inşa olunan bulaqda Göyçaydan olan 47 şəhidin şəkilləri həkk olunub.
Tədbirdə çıxış edənlər İkinci Qarabağ müharibəsində canını fəda edən vətən oğullarımızın göstərdiyi qəhrəmanlıqdan danışıblar. Bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissinin oyanmasına səbəb olur.
Qeyd edək ki, bulaq kompleksi rayon dindarlarının təşəbbüsü ilə inşa olunub.
Son xəbərlər
16:58
Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Biznes
16:47
Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib
İdman
16:42
Kim Çen In Çinin Dandun şəhərində avtomobil zavodunu ziyarət edib - Yenilənib
Digər ölkələr
16:27
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib, iki Türkiyə vətəndaşı saxlanılıb
Digər ölkələr
16:25
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Maliyyə
16:05
Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Sağlamlıq
15:46
"Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Futbol
15:40
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Biznes
15:27
Foto
Video
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
Hadisə