“Giriş-çıxış və qeydiyyat” sisteminin istismarının təşkili qaydalarına dəyişiklik edilib

“Giriş-çıxış və qeydiyyat” sisteminin istismarının təşkili qaydalarına dəyişiklik edilib Əcnəbi və ya vətəndaşlığı olmayanlar viza üçün məlumat verəcəklər
Daxili siyasət
12 Oktyabr , 2017 02:06
“Giriş-çıxış və qeydiyyat” sisteminin istismarının təşkili qaydalarına dəyişiklik edilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na dəyişiklik edib. “Report”un məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, elektron viza verilməsi prosesində isə “ASAN Viza” sistemindən təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar real vaxt rejimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilir.

“ASAN Viza” sisteminin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs elektron vizanın alınması ilə bağlı müraciət etmək üçün sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətini və soyadını və digər adları, doğum tarixi və yerini, cinsini, əcnəbi üçün - vətəndaşı olduğu, vətəndaşlığı olmayan şəxs üçün - daimi yaşadığı ölkəni, sərhədkeçmə sənədinin növü, nömrəsini, verilmə tarixini və etibarlılıq müddətini, daimi yaşayış ünvanı, elektron ünvanı, telefon (mobil və stasionar) nömrəsini, səfərin məqsədini, Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə tarixini, Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanı, məşğuliyyətini, ictimai təhlükə törədən xəstəliyə tutulub-tutulmadığı barədə məlumat, tutulubsa həmin xəstəliyin adıni, Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər edib-etməməsi barədə məlumatı təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi