Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender Azərbaycan” portalının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və blogerlər iştirak ediblər.
B.Muradova bildirib ki, portal gender məsələləri üzrə məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirərək onların şəbəkələşməsini təmin etmək məqsədilə yaradılıb.
Onun sözlərinə görə, sayt eyni zamanda gender bərabərliyi sahəsində fəaliyyətin daha şəffaf prinsiplərə əsasən həyata keçirilməsini təşkil edir.
Qeyd edək ki, portalda ümumilikdə gender bərabərliyi sahəsində qanunvericilik, maarifləndirmə, institusional mexanizmlər, araşdırmalar və digər məlumatlar yerləşdirilib.