“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb

Daxili siyasət
  • 20 dekabr, 2022
  • 11:47
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb
İlham Əliyev

Prezident İlham Əliyev 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Sənədə əsasən, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.