Gənclər və idman naziri: “Azərbaycan idmanının yeni strategiyası müəyyənləşdiriləcək"

Gənclər və idman naziri: “Azərbaycan idmanının yeni strategiyası müəyyənləşdiriləcək" “Azərbaycan idmanının strategiyası müəyyənləşdiriləcək. Biz idman mütəxəssisləri ilə birlikdə bu strategiya istiqamətində çalışacağıq”.
Daxili siyasət
8 Sentyabr , 2021 10:58
Gənclər və idman naziri: “Azərbaycan idmanının yeni strategiyası müəyyənləşdiriləcək
Fərid Qayıbov

“Azərbaycan idmanının yeni strategiyası müəyyənləşdiriləcək. Biz idman mütəxəssisləri ilə birlikdə bu strategiya istiqamətində çalışacağıq”.

“Report”un xəbərinə görə, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, bu strategiya “İdman haqqında” qanundan başlayaraq, professional idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə etməlidir: “Gələcəkdə uşaq və gənclərin idmanla məşğul olması ilə bağlı ciddi planlarımız var. Bu planlar isə yaxın müddətdə açıqlanacaq”.

Son xəbərlər

Orphus sistemi