Yuxarı
    Bağlamaq

    Azәrbaycan Gәnclәrinin Maarifçilik Forumu keçirilib

    Vüsal Quliyev: Çox az rayonlar gənclər təşkilatları ilə əməkdaşlıq edirlər

    Bakı. 19 dekabr. REPORT.AZ/ Binəqədi Rayon İcra Hakimiyyətində "Azәrbaycan Gәnclәrinin Maarifçilik Forumu" keçirilib. "Report" xəbər verir ki, forumda Prezident Administrasiyasının İctimai-­siyasi mәsәlәlәr şöbәsinin gәnclәr tәşkilatları ilә iş sektorunun müdiri Vüsal Quliyev, rayon icra hakimiyyәtinin başçısı Xalәddin İsgәndәrov, gәnclәr vә idman nazirinin müavini İntiqam Babayev, Gәnclәr Fondunun icraçı direktoru Fәrhad Hacıyev, Azәrbaycan Respublikası Gәnclәr Tәşkilatları üzrә Milli Şuranın sәdri Şahin Seyidzadә, bir sıra gәnclәr tәşkilatlarının rәhbәrlәri vә gәnc fәallar iştirak ediblər.

    Forumda çıxış edən Vüsal Quliyev bildirib ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. 

    O əlavə edib ki, Binəqədi rayonunda Gənclər Forumunun keçirilməsi digər rayonlara da örnək olmalıdır: "Binəqədi rayonunda belə bir forumun keçirilməsi digər rayonlar üçün də "mesaj" ola bilər ki, onlar da gənclər təşkilatları, fəal gənclərlə əməkdaşlıq etsinlər. Etiraf etməliyəm ki, çox az rayonlar gənclər təşkilatları ilə əməkdaşlıq edirlər. Bu gün Azərbaycanda bu sahədə maarifləndirmə işinin aparılmasına ehtiyac var".

    Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi