Gənclər Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Gənclər Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi Azərbaycan Respublikası Gənclər Fondu Aparatının və Fondun nəzdindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Daxili siyasət
154
28 Mart , 2020 13:38
Gənclər Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Azərbaycan Respublikası Gənclər Fondu Aparatının və Fondun nəzdindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Bu barədə "Report"a Gənclər Fondunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dünyada sürətlə yayılmaqda olan yeni növ COVİD-19 virusunun Azərbaycan üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının göstərişi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Gənclər Fondu da virtual platformalar və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq gənclərin maarifləndirilməsi, mövcud karantin şəraitində onların asudə vaxtının səmərəli təşkili, o cümlədən gənclərin fərdi inkişafı üçün intelektual, əyləncəli və faydalı kontentin təqdim olunması məqsədilə tədbirləri davam etdirir. 

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi