​YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinə yeni sədr seçilib

​YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinə yeni sədr seçilib Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Daxili siyasət
16 Mart , 2015 11:20
​YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinə yeni sədr seçilib

Bakı. 16 mart. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Partiyadan "Report"a verilən məlumata görə, tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Xəzər İnkişaf Fondunun direktoru İlqar Mustafayev və digər qonaqlar iştirak ediblər.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov rayon partiya təşkilatının bir çox uğurlara imza atdığını bildirib. O, rayon partiya təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb.

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri Taleh Məmmədov birliyin təşəbbüsü ilə ötən illərdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Daha sonra təşkilatı məsələlərə baxılıb. Gənclər Birliyinin 28 nəfərdən ibarət Şura, 18 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına 8 nəfərdən ibarət nümayəndə heyəti seçilib. Səsvermə nəticəsində Taleh Məmmədov YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri, Sitarə Nəsirova və Fəridə Əzizli isə sədr müavinləri seçiliblər.

Konfransda çıxış edən Siyavuş Novruzov Xəzər rayonunda gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını söyləyib, onlara uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi