Gəncədə terrorçuluğa qarşı mübarizəyə dair elmi-praktiki konfrans keçirilib - VİDEO - YENİLƏNİB

Gəncədə terrorçuluğa qarşı mübarizəyə dair elmi-praktiki konfrans keçirilib - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Daxili siyasət
21 May , 2019 19:33
Gəncədə terrorçuluğa qarşı mübarizəyə dair elmi-praktiki konfrans keçirilib - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 12:55

Gəncədə "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov, Qafqaz Siyasi Analiz Mərkəzinin rəhbəri, politoloq Əhməd Əlili, DTX-nin Gəncə Şəhər İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə müəssisələrinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Konfransda terrorçuluğa qarşı mübarizə aparılması, insan hüquq və azadlıqları, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorçuluğun aşkar edilməsi, qarşısının alınması, terrorçuluğun maliyyələşdirilməsi və bu istiqamətdə digər yardımların qarşısının alınması mövzularında çıxışlar edilib.

Tədbirdə DTX tərəfindən həyata keçirilən antiterror əməliyyatları ilə bağlı məlumatlar da verilib.

Son xəbərlər

Orphus sistemi