Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib

Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib Gəncədə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Daxili siyasət
22 May , 2024 12:43
Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib

Gəncədə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən keçirilən məşqin məqsədi fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub.

Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Sonda məşqin yekunu təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi