Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Daxili siyasət
519
16 Yanvar , 2021 11:17
Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olara şəhərdə müntəzəm olaraq reyd, monitorinq, maarifləndirmə tədbirləri və dezinfeksiya işləri görülür.

Gəncə Şəhər İcra Hakimiyyətiindən "Report"a verilən məlumata görə, “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən reydlər həyata keçirilir ki, bu zaman müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib-edilməməsi yoxlanılır.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları da öz fəaliyyətlərini davam etdirirlər. 35 mobil qrupun üzvləri gün ərzində şəhərdə əhalinin sıx toplaşdığı ərazilərdə, xüsusilə ATM-lərin qarısında sakinlərlə söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin qaydaları, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə riayət etməyə çağırırlar.

Bununla yanaşı, Gəncədə davamlı olaraq dezinfeksiya işləri də aparılır. İşlər mərkəzi küçə və prospektlərlə yanaşı, qəsəbə və yaşayış massivlərini, çoxmənzilli yaşayış binaları və həyətlərini, dayanacaqları, yeraltı piyada keçidlərini, park və xiyabanları əhatə edir.

Qeyd edək ki, görülən kompleks tədbirlər Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının azalmasına müsbət təsir göstərir. İşlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi