Yuxarı
    Bağlamaq

    Gəncədə Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə 10 min gənc fləşmob keçirib - FOTO

    Fləşmobu Ginnesin rekordlar kitabının nümayəndələri də izləyib

    Bakı. 7 may. REPORT.AZ/ Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şəhərin baş meydanında minlərlə gənc ümummilli liderin canlı portretini və imzasını yaradıblar.

    “Report” xəbər verir ki, fləşmobda 10 minə yaxın gənc iştirak edib.

    Say tərkibinə görə bu fləşmob nəinki Azərbaycanda, dünyada ilk dəfədir ki, həyata keçirilir. Bu canlı portretin yaradılması "Ginnesin rekordlar kitabı"na təqdim olunub.

    "Ginnesin rekordlar kitabı"nın Gəncədə olan nümayəndələri də fləşmobu canlı izləyiblər. Onların bildirdiyinə görə, ilk dəfədir ki, 10 minə yaxın insan bir araya gələrək portret yaradırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi