Gəncədə ekoloji hüquqpozmalarla bağlı konfrans keçirilir

Gəncədə ekoloji hüquqpozmalarla bağlı konfrans keçirilir Gəncə şəhərində "Ekoloji hüquqpozmalar: maarifləndirmə və qanunvericiliklə nizamlanma" adlı konfrans təşkil olunub.
Daxili siyasət
30 May , 2024 11:49
Gəncədə ekoloji hüquqpozmalarla bağlı konfrans keçirilir

Gəncə şəhərində "Ekoloji hüquqpozmalar: maarifləndirmə və qanunvericiliklə nizamlanma" adlı konfrans təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə Şəhər Prokurorluğu tərəfindən "Ekoloji hüquqpozmalar: maarifləndirmə və qanunvericiliklə nizamlanma" adlı işgüzar konfrans keçirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşəbbüsü ilə keçirilən konfransda Gəncə şəhər icra hakimiyyətinin başçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Baş Prokurorluğun rəsmiləri, həmçinin 15 region prokuroru və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi